Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.
Teleqraf.com xəbər verir ki, məşqin keçirilməsində məqsəd obyektin mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Məşq zamanı hərbiləşdirilməmiş obyekt mülki müdafiə dəstələrinin xəstəxana ərazisində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar fəaliyyətləri simulyasiya edilib, həmçinin funksional vəzifələrlə bağlı məruzlər dinlənilib.
Məşqdə ümumilikdə 8 texnika və 160 nəfərdən ibarət şəxsi heyət iştirak edib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.