13 Sentyabr 00:53
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ballistik raketlərin hazırlanması ilə bağlı avadanlıq və texnologiyanı Pakistana ötürdükləri iddiası ilə Çin qurumlarına sanksiyalar tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller yazılı açıqlamasında bildirib.

Onun sözlərinə görə, Amerikanın xarici siyasət idarəsi ballistik raketlərin və raketlə bağlı avadanlıqların, habelə tənzimlənən texnologiyaların yayılmasında iştirak edən beş quruma və bir fiziki şəxsə qarşı tədbirlər görüb.

Məlumata görə, sanksiyalar Çinin “Hubei Huachangda Intelligent Equipment Company”, “Universal Enterprise Limited” və “Lontek” firmalarına, eləcə də Çində maşınqayırma sahəsində avtomatlaşdırma ilə məşğul olan instituta qarşı tətbiq edilib.

Bundan əlavə, Dövlət Departamentinin məlumatına görə, Pakistanda “Innovative Equipment” şirkətinə qarşı məhdudiyyətlər tətbiq edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər