13 Sentyabr 17:54
367
12 Punto 14 Punto 16 Punto 18 Punto

70 saylı Neftçala Seçki Dairəsindən daxil olan şikayət araşdırılıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

MSK-nın və Ekspert qrupunun üzvü Ramiz İbrahimovun təqdimatına əsasən, bu barədə şikayətlə qeydə alınmış namizəd Nağıyeva Vəfa Cəmalləddin qızı quruma müraciət edib:

"Namizəd seçki günü dairənin əksər məntəqələrində qanun pozuntularına yola verildiyini iddia edib. O, dairənin 23 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını xahiş edib. Vəfa Nağıyeva təşviqat dövründə pozuntular baş verdiyini, seçki günü müşahidəçilərə maneə yaradıldığını, bəzi seçicilərin bir cox məntəqədə səs verdiyini, səslərin müşahidəçilərin olmadığı yerdə satıldığını iddia edib. O, MSK-ya 86 videogörüntü, protokollar və sənədlər təqdim edib. Vəfa Nağıyeva araşdırmada özü iştirak edib. Araşdırma zamanı 5, 6,10, 27, 32, 34 saylı seçki məntəqələrindən namizədin təqdim etdiyi protokollarla MSK-nın rəsmi saytında dərc edilən protokollar arasında uyğunsuzluq aşkarlanıb. Namizəd protokolları MSK-ya təqdim etməkdən imtina edib".

Onun sözlərinə görə, dairənin 5 seçki məntəqəsində olan veb-kameralar səsvermə başlayandan bitənədək qeydiyyat aparıb:

"Bütün bunlar və təqdim edilən materiallar araşdırılıb. Müəyyən edilib ki, dairənin 24, 27, 34, 35, 48 və 49 saylı seçki məntəqələrində qanun pozuntuları aşkarlanıb. Beləliklə, həmin məntəqələrdə nəticələr ləğv edilib. Seçki Məcəlləsinə əsasən, nəticələri ləğv edilən seçki məntəqələrinin sayı dairənin nəticələrinin ləğvi üçün hüquqi əsas yaratmır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər