12 Sentyabr 21:29
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın kişilərdən ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.

Teleqraf.com xəbər verir ki, yığma II turda Finlandiyanı məğlub edib - 3,5:0,5.

Toyvo Keynanen– Aydın Süleymanlı - 0,5:0,5
Vilka Spila – Nicat Abasov - 0:1
Mikael Aqopov – Rauf Məmmədov - 0:1
Henri Ladelma – Məhəmməd Muradlı - 0:1

Qeyd edək ki, ilk turda kişilərdən ibarət yığmamız İordaniyanı 3,5:0,5 hesabı ilə üstələyib. Qadınlardan ibarət komandamız isə Nikaraquanı məğlub edib - 4:0.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər