26 Avqust 17:09
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, ötən həftə ixtisas seçimin nəticələri açıqlanıb. Ali təhsil müəssisələrinin müsabiqəsində 82 883 nəfər iştirak edib. Müsabiqə şərtlərini ödəyən 27 227 abituriyent tələbə adını qazana bilməyib. Onlar arasında 600-dən çox bal toplayan iki nəfər də var. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerləri üzrə ixtisas seçimi keçiriləcək. Boş qalan yerlərdə müsabiqə vəziyyəti necə olacaq? Nələrə diqqət edilməlidir?

Təhsil eksperti Elçin Əfəndi Teleqraf.com-a açıqlamsında boş qalan yerlərə ixtisas seçimi zamanı vəziyyətin gərgin olacağını vurğulayıb:

“Boş qalan yerlər üzrə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək aparılacaq.

Birinci mərhələdən sonra I ixtisas qrupu üzrə 1304, II ixtisas qrupu üzrə 246, III ixtisas qrupu üzrə 400, IV ixtisas qrupu üzrə 463, V ixtisas qrupu üzrə isə 348 plan yeri boş qaldığı açıqlandı. Boş qalan yerlərin kodlaşdırılıması zamanı abituriyentlər birinci turla müqayisədə daha diqqətli olmalıdırlar. Çünki ballar ötən illə müqayisədə bu il bütün ixtisaslarda artıb.

Ona görə daha diqqətlə yanaşmalıdırlar ki, qəbul şansları olsun. Hesab edirəm ki, ikinci turda boş qalan yerlərin əksəriyyəti dolacaq. Ola bilər ki, 5-ci qrupda hansısa ixtisaslarda boş yerlər qalsın.

Abituriyetlər bu il formalaşan keçid balını mütləq nəzərə almalıdırlar. Onun əsasında kodlaşdırma aparmalıdlrıar. Bu il ali məktəblərə qəbul göstəricisi əvvəlki illərə nisbətən kifayət qədər yüksəkdir. Ali təhsil müəssisələrinə tələbə qəbulu zamanı plan yerlərinin əksəriyyəti dolub".


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər