Azərbaycanda ən yaşlı seçici Lənkərandan olan qadındır.
Teleqraf.com xəbər verir ki, bunu mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
O bildirib ki, həmin qadın 1890-cı il təvəllüdlü Tamam Əli qızı Əzizovadır və o, 78 saylı Lənkəran seçki dairəsinin seçicisidir.
Ən yaşlı kişi seçici isə 1915-ci il təvəllüdlü Hilal İsa oğlu İbrahimovdur.