10 Sentyabr 16:41
270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asia Global İnstitutunda hazırda ilk azərbaycanlı araşdırmaçı alim kimi iştirak edən Maqsud Məmmədovun Honkonqun yeganə ingilisdilli və ən oxunaqlı qəzeti olan “South China Morning Post”da Azərbaycanla bağlı məqaləsi dərc olunub.

Məqalədə ölkəmizin geosiyasi təsirini artırmaq, Çinlə Avrasiya regionu arasında əlaqələrin gücləndirilməsi, Azərbaycanın strateji mövqeyindən yararlanmaq və “Bir kəmər, bir yol” təşəbbüsü ilə uzlaşmağın vacibliyi qeyd olunub.

Həmçnin BRICS+ üzvlüyünün həm Azərbaycan, həm də Çin üçün potensial üstünlüklərini təhlil olunub. Məqalədə Azərbaycanın strateji mövqeyindən istifadə edərək, hər iki ölkənin yeni bazarlara çıxış, texnologiya transferi və inkişaf imkanlarından necə faydalana biləcəyi vurğulanıb, qlobal geosiyasi dinamikaların dəyişməsini müzakirə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər