17 Sentyabr 09:35
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada yaşayan azərbaycanlı keçmiş vəkil Elman Paşayev Moskvada saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.

Elman Paşayev barəsində Rusiya Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi başladılıb.

İstintaq məlumatına görə, o, müəyyən məbləğ qarşılığında rusiyalı bloqer Yelena Blinovskaya və həyat yoldaşı Alekseyi cinayət məsuliyyətindən azad etməyi vəd edib.

Sözügedən məsələ barədə razılaşma bu ilin fevralında Aleksey Blinovskinin şəxsi görüşü zamanı əldə olunub və keçmiş vəkil ondan külli miqdarda pul alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər