Bu gün İmişli rayonunun 2 kəndində qazın verilişi dayandırılacaq.
Teleqraf.com xəbər verir ki, “İmişli 1” qaz ölçü qovşağından qidalanan diametri 225 mm, 160 mm və 110 mm PE olan orta təzyiqli “Rəsullu-Məhəmmədli” yeraltı qaz kəmərlərində kipliyin sınağı məqsədilə əlaqədar olaraq, saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli rayonu Rəsullu və Məhəmmədli kəndlərində (287 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.