27 Sentyabr 18:06
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dörd il əvvəl bu gün televiziyadan eşidəndə ki, müharibə başlayıb, uşaqlar bayraq almağa getdilər. Mənim içimdə isə sıxıntı var idi. Biz hərbçi ailəsiyik. İki oğlum, qardaşım hərbçidir. Çox kədərlidir, çünki bu cür oğul itirmişəm”.

Teleqraf.com xəbər verir ki, bu sözləri şəhid kapitan Həmid Cəfərlinin anası Zemfira Cəfərova deyib:

“Onun ürəyindəki yeganə arzu torpaqlarımız işğaldan azad olunması idi. Müharibəyə getməzdən əvvəl özü üçün vəsiyyət yazıb, çantasına qoyub, biz bunu ölümündən 3 ay sonra öyrəndik. Oğlumla qürur duyuram, bizim fəxrimiz, baş ucalığımızdır. Azərbaycan fəxr etsin ki, bu gün belə oğulların sayəsində 30 il əsarətdə qalan torpağımız azad olundu.

Həmişə deyirdi ki, müharibə başlasın torpaqları alaq. Öz oğlumun necə mərd, cəsarətli olduğunu bilirdim. Ancaq ölümündən sonra onu yenidən kəşf etdik. İşi, etdiyi qəhrəmanlıqlar haqqında bilmirdik. İndi də yuxurlarıma girir.

Sonuncu danışığımızda mənə “ana dözümlü ol, uşaqlar sənə əmanətdir” demişdi. Həmidin bizə 3 yadigarı qalıb. O, nəinki ailəsinin, bütün Azərbaycanın başını uca etdi”.

Qeyd edək ki, bu gün sentyabrın 27-də Vətən müharibəsinin başlamasından 4 il ötür.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər