Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri davam etdirilir.
Teleqraf.com xəbər verir ki, bu çərçivədə, Agentlik tərəfindən FHN-in Aran Regional Mərkəzində mərkəzin əhatə etdiyi rayonların ərazisində yerləşən tibb müəssisələrində radioloji fəaliyyətlə məşğul olan şəxslər üçün maarifləndirmə tədbiri keçirilib.
Tədbir zamanı Agentliyin Nüvə və radioloji təhlükəsizliyin ekspert qiymətləndirilməsi və maarifləndirmə şöbəsinin müdir müavini Azər Xəlilzadə, Xüsusi icazə və Dövlət Reyestri şöbəsinin müdiri Vəfa Nadirova, Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin sənaye və elmi-tədqiqat müəssisələrinə nəzarət sektorunun müdiri Amil Həmidov aidiyyəti mövzular üzrə təqdimatla çıxış ediblər.
Ümumilikdə 40 nəfərdən artıq nümayəndənin qatıldığı tədbirdə nüvə və radioloji fəaliyyət sahəsində nəzarət funksiyalarının həyata keçirilməsi üzrə mövcud qanunvericilik tələblərinin icmalı, tibb müəssisələrində ionlaşdırıcı şüalanma mənbələrinin tətbiqi ilə bağlı radiasiya təhlükəsizliyinin təmin edilməsi, nüvə və radiasiya təhlükəsizliyinin qiymətləndirilməsi, bu sahədə hüquq pozuntuları və hüquqi məsuliyyət məsələləri müzakirə olunub.
Təbdir zamanı Agentlik tərəfindən hazırlanmış müvafiq mövzulara dair videoçarxlar nümayiş olunub, suallar ətraflı cavablandırılıb.