Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Teleqraf.com xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhəri, Nizami rayon 272 və Xəzər rayon 26 nömrəli tam orta məktəblərində, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər Ə.Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində və Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyada, Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə rayonunda fəaliyyət göstərən Qarabağ Regional DOST Mərkəzində, Cənub Regional Mərkəzi tərəfindən Lerik rayonu, Hamarmeşə kənd tam orta məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxansının Diaqnostika və Hemodializ şöbəsində və Tovuz şəhər A.S.Puşkin adına tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Zaqatala rayon V.Ağasıyev adına Bazar kənd tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Neftçala rayon Peşə Məktəbində, Aran Regional Mərkəzi tərəfindən Ucar rayonu, Qarabörk kənd tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.