Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası əsaslı şəkildə təmir olunacaq.
Teleqraf.com xəbər verir ki, təmirin ilkin mərhələsi üçün 19 milyon 381 min manat nəzərdə tutulub.
Bununla bağlı tender elan edilib.
Tenderdə xəstəxananın inzibati binası, əlavə korpus və köməkçi binalarının yenidən qurulması (I Mərhələ) nəzərdə tutulub.
Qeyd edək ki, bir müddət əvvəl TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov da açıqlama verərək xəstəxananın təmirə ehtiyacı olduğunu bildirmişdi.