17 Oktyabr 11:41
225
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2024-cü ilin 9 ayı ərzində TƏBİB-in 815 Çağrı Xidməti şöbəsinə təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə bağlı daxil olan müraciətlərin sayı 2788 təşkil edib”.

Teleqraf.com xəbər verir ki, məlumatı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov açıqlayıb.

Onun sözlərinə görə müraciətlərdən 2539-u şikayət xarakterli, 247-si sorğu xarakterli, 2-si isə təklif xarakterli olub:

“Avqust və sentyabr aylarında daxil olan şikayətlərlə bağlı statistikanın müqayisəsinə baxdıqda görürük ki, görülən işlər nəticəsində şikayət sayında əsaslı dərəcədə azalma müşahidə edilməkdədir. Avqust ayında şikayətlərin sayı 346 idisə, sentyabr ayında bu rəqəm 248 olub”.

***

11:31

Bu ilin ötən dövründə təcili yardım müraciət edənlərin sayı artıb.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov
brifinq zamanı deyib.

O bildirib ki, cari ilin doqquz ayında təcili yardım xidmətinə 600 minə yaxın çağırış daxil olub:

"40 minə yaxın əsassız çağırış qeydə alınıb. Ötən ilin müvafiq dövründə bu rəqəm 35 minə yaxın olub. Keçən illə müqayisədə təcili yardıma daxil olan çağırış və təxliyə sayı da artıb".


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər