12 Noyabr 13:42
241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Monteneqro, Latviya, Böyük Britaniya, eləcə də Birləşmiş Millətlər Təşkilatından (BMT) olan bir sıra üzvləri də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gəliblər.

Teleqraf.com xəbər verir ki, onların sırasında Monteneqro Prezidenti Yakov Milatoviç, BMT-nin İnkişaf Proqramının nümayəndəsi Açim Steiner, Latviyanın keçmiş prezidenti Vaira Vire Freiberqa, Böyük Britaniyanın keçmiş Baş naziri Tereza Mey var.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən olan Monteneqro Prezidenti Yakov Milatoviç bu gün Mərkəzi ziyarət edib.

Mərkəzdə ona “Qələmin sehri: Nizami Gəncəvinin Xəmsəsindən seçilmiş miniatürlər” adlı xüsusi nəşr təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər