1, 2, 43, 55, 57, 58, 59, 60, 61, 62, 65, 66, 67, 68, 70, 71, 72, 73, 74, 75, 81, 82, 85, 86, 87, 88, 89, 92, 93, 95, 101, 102, 103, 107, 109, 110, 111, 112, 114, 115, 116 və 117 saylı seçki dairələrinin hüdudlarında dəyişikliklər edilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov məlumat verib.
Rövzət Qasımov bildirib ki, bələdiyyələrlə bağlı Mərkəzi Seçki Komissiyasında mütəmadi iş aparılır:
"Eyni zamanda təkmilləşdirmə işləri həyata keçirilir. Bələdiyyələrin formalaşmasında Mərkəzi Seçki Komissiyası daim müvafiq qurumlarla əməkdaşlıq edib. Biz dairə seçki komissiyaları ilə məsləhətləşmələr aparırdıq. Bu istiqamətdə işlər başa çatdırılıb. Bununla bağlı müvafiq qərar qəbul edilib".