Ermənistana rəsmi səfərə gələn Polşa Prezidenti Anjey Dudanın başçılıq etdiyi nümayəndə heyəti İrəvanda qondarma erməni soyqırımı memorialını ziyarət edib.
Teleqraf.com xəbər verir ki, prezident “erməni soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə”nin önünə əklil qoyub və onları bir dəqiqəlik sükutla yad edib.
Polşa liderinin qondarma memorialın önündə diz çökməsi kameralara tuş gəlib.
Duda bundan sonra “Xatirə Parkı”nda olub və “soyqırımı qurbanlarının xatirəsi”nə küknar əkib.