Rusiya qüvvələri Ukrayna ordusunun müdafiə xəttini keçərək, əlverişli mövqeləri tutublar, həmçinin Xarkov vilayətinin Kupyan şəhəri yaxınlığındakı istehkamdan düşməni sıxışdırıb çıxarıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a hərbi ekspert Andrey Maroçko məlumat verib.
“Aktiv azadetmə əməliyyatları zamanı qoşunlarımız Myasyutovkanın qərbində əlverişli mövqeləri tutublar. Tabaevkanın şimal-qərbində düşmənin müdafiəsini keçə bildik. Stelmaxovka ərazisində rus qoşunları ukraynalı yaraqlıları istehkamdan çıxarıb və irəli birləşmələrin mövqelərini bir qədər bərabərləşdiriblər”, - ekspert bildirib.
Maroçko həmçinin Rusiya qüvvələrinin Kupyanın cənubunda - Senkovdan Qluşkovka və Zaqrızovo istiqamətində irəlilədiklərini söyləyib.
O qeyd edib ki, Kupyanda şəhər döyüşləri gedir: “Rusiya qüvvələri düşmənin əks-hücumlarına baxmayaraq, mövqeləri saxlayır”.