Böyük Britaniya yaxınlarda gizli şəkildə Ukraynaya uzaqmənzilli “Storm Shadow” qanadlı raketlərinin yeni partiyasını təhvil verib.
Teleqraf.com “Blumberq”ə istinadla xəbər verir ki, tədarük Britaniya hökumətinin Ukraynaya bu silahın istifadəsi ilə bağlı məhdudiyyətləri ləğv etmək qərarından, eləcə də ABŞ-ın öz uzaqmənzilli raketləri ilə bağlı analoji qərarından əvvəl baş verib.
Nəşrin mənbələrinə görə, söhbət onlarla “Storm Shadow” qanadlı raketlərindən gedir.
Yeni partiyanın təhvil verilməsi ilk dəfə Britaniyada Rusiyanın hərbi təcavüzünə qarşı özünümüdafiədə Ukraynaya dəstəyini davam etdirəcəyini vəd edən Kir Starmerin baş nazirliyi dövründə baş tutub.
“İctimaiyyətə açıqlanmayan tədarüklər bir neçə həftə əvvəl həyata keçirilib və Kiyevin uzaqmənzilli raketləri tükəndikdən sonra sifariş verilib”, - mənbələr bildiriblər.