13:33
279
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Rusiyaya qarşı qabaqlayıcı zərbələri müzakirə edir, görünür, alyans Moskvanın yenilənmiş nüvə doktrinası ilə tanış olmayıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Onlar Rusiyanın yenilənmiş doktrinasını sonadək oxuyub bitirməyiblər”, - deyə rusiyalı diplomat bildirib.

NATO Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauer bundan öncə alyansın hərbi toqquşma zamanı Rusiya ərazisinə yüksək dəqiqlikli qabaqlayıcı zərbələrin endirilməsini müzakirə etdiklərini açıqlayıb:

“Rusiya bizə hücum edərsə, gözləmək yox, Rusiya ərazisindəki buraxılış qurğularını vurmaq daha ağıllıdır”.

Rusiyanın yenilənmiş nüvə doktrinası federasiya ərazisinə hansısa müdaxilə və ya hücuma dərhal nüvə silahları ilə cavab verilməsini nəzərdə tutur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər