11:01
390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara Cinayətlər Məhkəməsindəki iclasda dediyi sözlərə görə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlunu “prezidenti təhqir etmək” ittihamı ilə 500 min lirəlik mənəvi təzminat tələbi ilə məhkəməyə verib.

Teleqraf.com xəbər verir ki, bu barədə prezidentin vəkili Hüseyn Aydın məlumat verib.

Vəkil xatırladıb ki, Ərdoğan siyasi nəzakətin qalıcı olaraq bərqərar olması ümidi ilə Kılıçdaroğluna qarşı qaldırdığı bütün iddialardan imtina etmişdi:

“Aradan 8 il keçməsinə baxmayaraq, minimum siyasi nəzakətlə bağlı Kılıçdaroğluda bir qarış belə irəliləyiş əldə olunmayıb, əksinə, çirkin üslub davranış nümunəsinə çevrilib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər