Kanada hökuməti 2022-ci ildən bəri Ukraynaya təxminən 19 milyard Kanada dolları (13,6 milyard dollar) ayırıb.
Teleqraf.com "CTV" telekanalına istinadən xəbər verir ki, bu barədə baş nazir Castin Trüdo NATO Parlament Assambleyasının Monrealda keçirilən 70-ci illik sessiyasında bildirib.
Onun sözlərinə görə, hərbi ehtiyaclara təxminən 4,5 milyard Kanada dolları (3,2 milyard dollar) xərclənib.
Trüdo xatırladıb ki, Kanada həmçinin ukraynalı pilotların "F-16" qırıcılarını idarə etmək üçün təlimlərini maliyyələşdirib, həmçinin "NASAMS"a zenit-raket sistemi bağışlayıb.