17:13
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəzi şeylər yuxarıda həll olunur. Məsələn, mən müğənni olmaq istəyirəm, amma həyat elə gətirir ki, mən satıcı oluram. Bu, birinci tərəfidir. İkinci analiz etdiyim tərəf isə odur ki, hər hansı bir çətinlik insanı axtarış yoluna gətirib çıxara bilər. Bu xəstəlik, depressiya, tramva ola bilər".

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Çingiz Mustafayev "Qapqara" verilişində deyib: "Mən görməmişəm ki, xoşbəxtlikdən insan Allah yoluna gəlsin. Bu isə məndə Baliyə köçdükdən sonra əmələ gəldi. Çünki ora gələn insanların 80-90 faizi tramvalı insanlardır. Mən görmədim ki, insan xoşbəxtlikdən öz axtarış yoluna çıxsın. Mənə görə insan bu dünyaya xoşbəxt olmaq üçün gələ bilməz. Öncə xoşbəxtliyin nə olduğunu anlamaq lazımdır. Mənə görə şükür hissi Yaradan ilə yeganə danışıq üslubudur. Şükür etməyə gəlib çatmaq da çox çətin bir yoldur. Mən özüm də hələ o hissə gəlib çatmamışam. Mənə də eniş-yoxuş, naşükürlük hissi gəlir".

Çingiz Mustafayev şəxsi həyatından da danışıb: "Həyatımı çox çətinləşdirmişdim. Yaşadığım sevgilər və s... Mən türk kanalları ilə böyümüşəm. Mənim üçün sevgi anlayışı o qədər toksik idi ki...Əgər qısqanclıq, vurub-dağıtmaq yoxdursa, bu sevgi deyil, oyun kimi gəlirdi. Bu gün sevgi anlayışı mənim üçün tam fərqlidir. Sevgi, hörmət edəcək və incitməyəcəksən, əlində saxlayacaqsan. Yəqin ki, Allahın sevimli bəndələrindən biriyəm ki, qarşıma belə bir insan çıxarıb. O da mənə qarşı belə yanaşır".

Qeyd edək ki, Çingiz Mustafayev yaxın günlərdə Yana adlı ukraynalı xanımla ailə qurub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər