İsrailə sızmaların qarşısını almaq üçün İordaniya ilə bütün sərhəd boyunca divar çəkmək üçün müfəssəl mühəndislik planlamasına başlanılıb.
Teleqraf.com xəbər verir ki, iş ölkənin yeni müdafiə naziri İsrael Katzın göstərişindən sonra həyata keçirilir.
Katz bildirib ki, o, xüsusilə İrandan qaçaqmalçılığın qarşısını almaq üçün İordaniya ilə sərhəddə yeni yüksək texnologiyalı divarın tikintisi səlahiyyətini almaq üçün illərdir davam edən mübarizədə qalib gəlib.
On milyonlarla şekelə başa gələcək planlaşdırma işlərinə müşahidə avadanlıqlarının quraşdırılacağı divarın ilkin hissəsinin çəkilməsi, potensial ekoloji təhlükələrin xəritələşdirilməsi və ərazi tədqiqatları daxildir.
İşlərin bir neçə ay davam edəcəyi gözlənilir.
Hazırda 309 kilometrlik İsrail-İordaniya sərhədini köhnəlmiş divar əhatə edir. Divarın gücləndirilməsi və ya yenisinin tikilməsi ideyası on ildən artıqdır Baş nazir Benyamin Netanyahu və başqaları tərəfindən dəfələrlə irəli sürülüb.