"Ukraynanın qələbəsinin əsas komponenti NATO-ya üzv olmaqdır".
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko deyib.
Kanadada NATO Parlament Assambleyasının sessiyası zamanı Poroşenko vurğulayıb ki, alyansa üzvlüklə bağlı imza Ukraynaya bir güllə atmadan qalib gəlməyə imkan verəcək.
“Və bu, Ukraynanın NATO-ya dəvətinin imzasıdır. Bu dərhal hər şeyi dəyişəcək. Rusiya prezidenti Vladimir Putin təkcə Ukraynanı deyil, həm də azad demokratik dünyanı şantaj edə bilməz”, - Ukraynanın eks-prezidenti bildirib.