4 Mart 2015 14:26
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yaponiyanın Hosey Universitetinin professoru, Rusiya və MDB siyasəti və tarixi üzrə məşhur politoloq Nobuo Şimotomay Qafqaz Müsəlmanları İdarəsində olub.

İdarədən Teleqraf.com-a verilən məlumata görə, qonağı QMİ sədrinin birinci müavini Salman Musayev və sədr müavini Fuad Nurullah qəbul ediblər.

Azərbaycanda müsəlmanların və digər dinlərə mənsub olan vətəndaşların həyatı, habelə QMİ-nin çoxşaxəli fəaliyyəti haqqında geniş məlumat alan qonaq Azərbaycana səfərindən və bu görüşdən böyük məmnuniyyətini dilə gətirib.

Cənab Şimotomay QMİ rəhbərlərinə Mərkəzi və Şərqi Avropa araşdırmaları üzrə Beynəlxalq Şuranın (MŞAABŞ) 9-cu qurultayının cari ilin avqust ayında Yaponiyanın Makuhari şəhərində keçiriləcəyi barədə məlumat verib.

Görüşdə Yaponiyanın Azərbaycandakı Səfirliyinin nümayəndəsi T.Katagiri və QMİ əməkdaşı G.Babayev iştirak ediblər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər