11 Mart 2015 12:29
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) ötən il üzrə hesabat konfransı keçirilir.

Teleqraf.com xəbər verir ki, konfransda dövlət rəsmiləri, ARGTMŞ-ın tərəfdaşları, üzvü olan gənclər təşkilatlarının rəhbərləri, fəal gənclər iştirak ediblər.

Konfransın açılışında çıxış edən ARGTMŞ-ın sədri Şahin Seyidzadə bildirib ki, təşkilat 2014-cü ildə də fəaliyyətini 3G strategiyası ətrafında davam etdirib.

Ş.Seyidzadə vurğulayıb ki, ARGTMŞ ötən il ərzində dünyanın və Avropanın ən böyük gənclər platformalarının idarə heyətinin iclasına ev sabibliyi edib: "Təşkilatımız dünyanın ən böyük gənclər platforması olan "Dünya Gənclər Assambleyası"nın (WAY) idarə heyətinin üzvü seçilib. ARGTMŞ fəaliyyətinin bütün mərhələlərində dövlətin prioritetlərini dəstəkləyib, dünyanın aparıcı gənclır platformalarında Azərbaycanı təmsil edib və maraqlarını qoruyub".

Təşkilatın 2015-ci ildə görəcəyi işlər barədə də məlumat verən Şahin Seyidzadə deyib ki, bu ilin payızında ARGTMŞ 300 nəfərin iştirakı ilə Avropa Gənclər Forumunun Üzvlərinin Məclisinə ev sahibliyi edəcək.

Tədbirdə daha sonra 1995-ci ildən bəri fəaliyyət göstərən təşkilatın 20 illik konsepsiyası nümayiş etdirilib və BMT Baş Katibinin gənclər üzrə elçisi Əhməd Əlhəndavinin təbriki oxunulub.

Konfransda Gənclər və İdman Nazirliyi ilə ARGTMŞ-ın birgə keçirdiyi "Azərbaycan Könüllülük Xidməti" Proqramənın hesabatı dinləniləcək və "İlin Könüllüsü" mükafatının təltifetmə mərasimi keçiriləcək.

Daha sonra kənd gənclərinin inkişafını nəzərdə tutan "Yerli Gənc" Proqramının təqdimatı baş tutacaq.

İlhamə


Müəllif:

Oxşar xəbərlər