Azərbaycanda fevral ayında ən çox istifadə olunan 10 elektron xidmətdən 4-ü Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) payına düşüb.
Teleqraf.com xəbər verir ki, RYTN-lə yanaşı, e-xidmətlərindən ən çox istifadə olunan qurumlar sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yer alıb.
İstifadəçilər fevralda RYTN-in 4 elektron xidmətindən ümumilikdə 175 667 dəfə yararlanıb.
Nazirliyin “Telefon nömrəsi üzrə axtarış” xidməti üzrə 72165, “Mobil cihazların qeydiyyatdan keçirilməsi” xidməti üzrə 45819 istifadə sayı qeydə alınıb.
“Mobil cihazların IMEI kodunun yoxlanılması” xidmətindən 35457, “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidmətindən 22226 dəfə faydalanıblar.
İLHAMƏ