12 Mart 2015 12:12
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyevanın Polşa ali məktəblərində Azərbaycan dilinin tədris olunması məqsədilə ölkəmizin Polşadakı Səfirliyi və Varşava Universiteti tərəfindən Olşınka nəşriyyat evində İSBN kodu ilə nəşr olunan “Azərbaycan dili dərsliyi”nin təqdimatı keçirilib.

Varşava universitetində professor-müəllim heyəti və tələbələrin iştirakı ilə keçirilən təqdimat mərasimində Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov, səfirlik işçiləri, görkəmli türkoloq Tadeuş Mayda, kitabın müəllifi Fəridə Səfiyeva iştirak edib.

Təqdimatda Azərbaycan-Polşa əlaqələrindən, Azərbaycan dilini öyrənən tələbələr üçün bu kitabın əvəzsiz bir vəsait olduğundan danışılıb. Həmçinin, iştirakçılara kitab, onun strukturu, quruluşu, məzmunu haqqında geniş məlumat verilib.

Qeyd edək ki, Kitab Avropa məkanında ilk “Azərbaycan dili” dərsliyidir. Dərslik nəzəri materiallar, çalışmalar, dialoq və mətnlərdən ibarətdir. Nəzəri material sxemlərldə verilib. Bu da vizual yaddaşa əsaslandığı üçün mənimsəməni xeyli dərəcədə asanlaşdırır. Çalışmalar öyrənilən materialın möhkəmləndirilməsinə, söz ehtiyatının artırılmasına xidmət edir. Tərcümə üçün nəzərdə tutulan dialoq və mətnlər həm şifahi nitq vərdişlərinin yaranmasına, həm də Azərbaycanın tarixi keçmişi, mədəniyyəti, incəsənəti, adət-ənənəsi, musiqisi, görkəmli şəxsiyyətləri ilə bağlı məlumatlar əldə olunmasına yardım edir. Lüğət bölməsində kitabda verilən materiallara uyğun sözlərin tərcüməsi əksini tapır.

Dərslik Polşanın Mərkəzi və Universitet kitabxanalarına göndərilib. Kitabdan Varşava Universitetində Azərbaycan dilinin tədrisində istifadə olunur.

Sevil


Müəllif:

Oxşar xəbərlər