Azərbaycan sübut etdi ki, neftin ucuzlaşması onun həyata keçirdiyi iqtisadi siyasətə mane olmayacaq.
Bunu bu gün Bakıda keçirilən Azərbaycan İnvestisiya Forumunda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib. Onun sözlərinə görə, hazırda neft qiymətlərinin aşağı düşməsi investorlar arasında müəyyən təşviş yaradıb: “Bəzi ölkələrdə baş verən böhran bir daha göstərdi ki, hamı neftdən asılılığı azaltmalıdır. Azərbaycan da buna uyğun addım atmalıdır”.
Nazir deyib ki, hazırda Azərbaycanda İKT sektorunun inkişafı yüksək qiymətləndirilir: “Azərbaycan internetin inkişafı baxımından MDB ölkələri arasında liderlər sırasındadır”.
Ə. Abbasov qeyd edib ki, xarici investroların Azərbaycana cəlb edilməsində və ölkəmizdən ixrac olunan məhsulları xarici bazarlara çıxarılmasında müəyyən çətinliklər var: “Azərbaycan bazarı kiçikdir. Bu isə xarici investroların Azərbaycana cəlb edilməsində və ölkəmizdən ixrac olunan məhsulları xarici bazarlara çıxarılmasında müəyyən çətinliklər yaradır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyiolaraq bunun üzərində işləyirik. Azad ticarət qurulmalı və bununla bağlı modellər işlənilməlidir. Bu həm bizim bazarı, həm də qonşu ölkələrin bazarlarını da xeyli genişləndirəcək”.
Qeyd edək ki, Azərbaycan 2012-ci ildə 41 mln. ABŞ dolları həcmində İKT məhsulu ixrac edib.
İLHAMƏ