7 Aprel 2015 16:17
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin aprel ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) mart ayında əlavə olaraq 22 710 sığortaolunana fərdi şəxsi hesabı açıb.

DSMF-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 2,2 faiz artıb. Beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 041 813 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1 faizi (1 797 023 nəfər) kişi, 40,9 faizi (1 244 790 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,71 faizini (751 897 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,74 faizini (661 371 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,84 faizini (634 048 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,2 faizini (644 104 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,51 faizini (350 393 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.
Fərdi uçot-Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər