9 Aprel 2015 00:35
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin mart ayı ərzində Kənd Təsərrüfatı Nazirliyinin (KTN) “Çağrı mərkəzi”nə daxil olan müxtəlif məzmunlu 183 müraciət qeydə alınıb. KTN-dən Teleqraf.com-a daxil olan məlumata görə, müraciətlərdə qaldırılan məsələlərə aydınlıq gətirilib, cavablandırılması operativlik tələb edən sorğular əsasında məsləhət-informasiya xidməti göstərilib.

Müraciətlər əsasən nazir Heydər Əsədovun qəbulunda iştirak etmək, yeni kənd təsərrüfatı texnikalarını almaq və lizinq yolu ilə satılmış kənd təsərrüfatı texnikalarının dəyərinə tətbiq edilən güzəştlər üzrə elektron qeydiyyatının mexanizmi, subsidiyaların kart hesablarına köçürülmə vaxtının dəqiqləşdirilməsi, gübrələrin güzəştli şərtlərlə satış qiymətləri, Novruz bayramı günlərində yeni açılmış kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının yerinin dəqiqləşdirilməsi və süni qiymət artımının qarşısının alınması ilə əlaqədar təkliflər, taxıl əkinlərin suvarılmasına köməklik göstərilməsi, ölkənin bəzi rayonlarında iribuynuzlu heyvanlar, həmçinin davarlar arasında peyvəndləmə işlərinin aparılması, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, “Azərtoxum” MMC-dən keyfiyyətli toxum əldə edilməsi, güzəştli şərtlərlə kənd təsərrüfatı təyinatlı kreditlərin əldə edilməsi və s. məsələlərlə bağlı olub.

SEVİL


Müəllif:

Oxşar xəbərlər