13 Aprel 2015 22:55
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli fəaliyyət Planı”nı rəhbər tutaraq 26, 27 may 2015-ci il tarixində saat 10:00 –da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Ailə və Uşaq məsələlərinə dair şəffaflığın və vətəndaşlarla xidmətin təmin edilməsi” mövzusunda təlim keçiriləcək.

Təlimdə müvafiq dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Ombudsman Aparatı) nümayəndələri və QHT-lərin iştirakı planlaşdırılır.

Təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ekspertləri elektron hökumət istiqamətində fəaliyyəti üzrə, Milli fəaliyyət planının hüquqi tərəfləri və regionlarda iş barədə təqdimatlar edəcəklər. Həmçinin digər dövlət orqanlarının və QHT-lərin nümayəndələrin də çıxışları dinləndirəcək, müzakirələr və disskusiyalar təşkil olunacaq.

Təlimdə iştirak üçün ali təhsil ocaqlarda təhsil alan (hüquqşünaslıq, sosial iş, psixologiya ixtisas üzrə) tələbələr dəvət olunur. Təlimlərə qatılmaq istəyən tələbələr mayın 15-dək öz məlumatları (adı, soyadı, təhsil müəssisənin adı və əlaqə telefonları) [email protected] elektron ünvanına təqdim etməlidirlər. (012 498 80 93)

Qeyd edək ki, təlimlərdə iştirak etmiş tələbələrə sertifikatlar veriləcək.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər