22 Aprel 2015 20:08
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji klinikasında elmi konfrans keçirilib.

Teleqraf.com-un məlumatına görə, Almaniyadakı Azərbaycanlı Həkimlər Cəmiyyəti (VANT) tərəfindən təşkil olunan elmi konfransda qonaq qismində Almaniyadan olan elmi tədqiqatçı, bioloq Tasilov Ford iştirak edib.

O, ATU-nun keçən ilki məzunları Uğur Ağamalıyev və Valeh Rüstəmovla birgə Almaniyada mədəaltı vəzi xərçənginə aid elmi-tədqiqat işi üzərində çalışır. Uğur Ağamalıyevin sözlərinə görə, ATU məzunlarının Almaniyada 6 tədqiqatçıdan ibarət elmi-tədqiqat qrupu var. Onlardan bir nəfəri kimyaçı, digərləri isə həkimlərdir: “Elmi-tədqiqat işimizin əsas maliyyə dəstəyi dövlət tərəfindəndir. Bu işin təşkilatçısı isə Almaniyadakı Azərbaycanlı Həkimlər Cəmiyyətidir. Hazırda 6 elmi tədqiqatçımız var. Bu il daha 3 elmi tədqiqatçının bizə qoşulacağı gözlənilir. Gələcəkdə bu işi daha da böyütməyi düşünürük. İstər Azərbaycan Tibb Universitetindən olsun, istərsə də digər xəstəxanalardan belə bir elmi korporasiya yaratmaq planımız var”.

Uğur Ağamalıyev elmi-tədqiqatlarının əsasən xərçəng xəstəliyi istiqamətində aparıldığını bildirib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər