İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahiminin dəvəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu ölkəyə səfər edəcək.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, mayın 2-dən 6-dək davam edəcək səfərin məqsədi iki ölkə arasında dini sahədə təcrübə mübadiləsi və gələcək əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini müzakirə etməkdir.
Səfər çərçivəsində M.Qurbanlının Tehran, Təbriz və Qum şəhərlərində dövlət rəsmiləri və din xadimləri ilə görüşləri də nəzərdə tutulub.
BƏXTİYAR