Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublu günün ikinci yarısı azadlığa buraxılacaq.
Teleqraf.com-un musavat.com-a istinadən məlumatına görə, bu barədə T.Yaqublunun vəkili Nemət Kərimli məlumat verib.
Vəkilin sözlərinə görə, o, bu gün səhər Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxlayıb və ona bildiriblər ki, T.Yaqublunun yeddi günlüyə azadlığa buraxılması iş gününün ikinci yarısında baş tutacaq. Buna səbəb zəruri sənədləşdirmə işləridir.
Xatırladaq ki, dünən məhbusun Rusiyanın Tomsk şəhərində yaşayan və ağır xəstəlikdən əziyyət çəkən qızı Nərgiz Yaqublu müalicə olunduğu xəstəxanada vəfat edib. Bu gün mərhumun cənazəsi Bakıya gətiriləcək və qanunvericiliyə əsasən, Tofiq Yaqublunun qızının dəfnində və hüzr məclisində iştirak etmək haqqı var.