28 Aprel 2015 13:19
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə millət vəkili Fəzail Ağamalı ciddi avtomobil qəzası keçirəcəkmiş. Teleqraf.com xəbər verir ki, bu barədə onun özü Milli Məclisdə çıxışı zamanı bildirib.

Deputatın dediyinə görə, bazar günü iki avtobus onun olduğu maşını araya alaraq, ciddi qəza vəziyyəti yaradıblar: “Sözün əsl mənasında Allah bizi qurtardı. Yaxınlaşıb polisə deyirəm ki, bu marşrut sürücüsü barəsində tədbir görsünlər. Amma polis də deyir ki, “heç nə edə bilmərəm, onları himayə edənlər elə adamlardır ki, gücümüz çatmır”. Axı kimdir bunlar? Hansı imtiyaz verilib ki, adi sürücüyə də söz deyə bilmirlər?”

F.Ağamalı onu da bildirib ki, bəzi qurum əməkdaşları orta məktəblərin qarşısında pusquda dayanırlar, valideynlər maşını saxlayan kimi gəlib cərimə meydançasına aparırlar. Deputat təklif edib ki, məktəblərin qarşısında xüsusi yerlər yaradılsın və orada maşınların 5-10 dəqiqəlik saxlanılmasına cazə verilsin.

Oqtay Əsədov isə təklifə narazılığını bildirib: “Bakida yüzlərlə məktəb var, hər ailədə də 2-3 maşın var. Hər valideyn gedib saxlasa, gör nə qədər maşın olar. Xarici ölkələrdə də belə şey yoxdur. Orada hər kəs uşağını avtobusla aparır”.

İclasda həmçinin yaşı 80-ə çatmış insanların avtomobil idarə etməsinin qadağan edilməsi təklifi də səslənib. Qeyd olunub ki, bu yaşda artıq insanlarda diqqət zəifləyir, eşitmə və görmə hissləri pisləşir, reaksiya hissi aşağı düşür və bu da çox vaxt qəzalara səbəb olur.


Müəllif:

Oxşar xəbərlər