5 May 2015 15:26
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Heydər Əliyevin Azərbaycanda hüquq elminin inkişafinda rolu”

Bakı Dövlət Universiteti hüquq fakültəsinin təşkilatçılığı ilə BDU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Heydər Əliyevin Azərbaycan Respublikasının hüquq elminin və təhsilinin inkişafinda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov konfransı açıq elan edərək onun işinə uğurlar arzulayıb.

Ulu öndərin vətən və xalq qarşısındakı tarixi xidmətlərindən danışan rektor, eyni zamanda, hüquq elminin və təhsilinin inkişafındakı rolundan bəhs edib. Sonra hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev konfrans haqqında tədbir iştirakçılarına məlumat verib və fakültənin təsisçisi olduğu “Tələbə Hüquq Jurnalı”nın birinci buraxılışını təqdim edib. Təqdimat zamanı tələbələrin elmi fəaliyyəti yüksək qiymətləndirilib və iki tələbəyə - Orxan Abdulkərimli və Günel Abdullayevaya ən yaxşı elmi məqaləyə görə Fəxri fərman verilib.

Tədbirdə Kiyev Milli Aviasiya Akdemiyasının professoru, Ukraynanın Əməkdar elm xadimi Arif Quliyevin “Ukrayna-Azərbaycan münasibətləri: hüquq, siyasət, diplomatiya” adlı kitabının təqdimatı keçirilib. Ukrayna MEA-nın həqiqi üzvü, professor Oleq Zayçuk, ABŞ-ın Tuleyn Universitetinin Hüquq məktəbinin dekanı, professor Martin Davies, Kiyev Milli Aviasiya Akdemiyasının professoru Arif Quliyev, Andjey Modjevskiy adına Krakov Akademiyasının professoru, professor Aleksandr Merejko, Ukrayna Dövlət Vergi Xidməti Milli Universitetinin professoru Leonid Timçenko, BDU-nun hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev konfransda məruzə ilə çıxış ediblər. Hüquq fakültəsində 6 bölmə üzrə keçirilən konfransa Azərbaycandan və müxtəlif ölkələrdən 170-dən çox məruzə təqdim edilib.

NİGAR


Müəllif:

Oxşar xəbərlər