6 May 2015 21:54
2 790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 6-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 2014/2015-ci tədris ilinin yay imtahan sessiyasına hazırlıq çərçivəsində innovativ layihənin təqdimatı keçirilib.

Tədbirdə təqdim olunan Elektron Müraciət Sisteminin köməkliyi ilə tələbələr operativ şəkildə apelyasiya müraciətlərini edəcək və nəticələrini öyrənə biləcəklər. Bunun üçün “erize.asue.edu.az” saytına daxil olmaq kifayətdir. Sistem imtahan sessiyasının obyektiv və şəffaf təşkilinə, həmçinin tələbənin vaxtına qənaəti təmin edəcək. Təqdim olan layihənin müəllifi ADİU-nun 2 kurs tələbəsidir.

Elektron Apelyasiya Müraciəti barədə aşağıdakı video-təlimatdan məlumat əldə edə bilərsiniz.

SEVİL


Müəllif:

Oxşar xəbərlər