9 May 2015 08:53
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayram günlərində - mayın 9-dan 11-dək enerji istehlakçılarının, tədbirlərin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi təmin ediləcək. Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə “Azərişıq” ASC-nin mərkəzi aparatı və Regional Enerji Təchizatı və Satışı idarələri üzrə təşkil olunmuş növbətçilik üzərində nəzarət gücləndiriləcək.

Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günləri tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlərin müvəqqəti olaraq dayandırılması təmin olunacaq. Ölkə üzrə cəmiyyətin tabeliyində olan xidmət sahələrində və Avtonəqliyyat xidmətlərində mayın 9-dan 11-dək növbətçilik təşkil edilib, zəruri olan mal-materialların, transformatorların ehtiyatı yaradılıb.

Şəhərlərdə, rayon, qəsəbə və kəndlərdə yarana biləcək hər hansı problem ilə əlaqədar abonentlər 199 saylı telefonla ”Qəza Xidməti”nə məlumat verə bilərlər.


Müəllif:

Oxşar xəbərlər