10 May 2015 12:15
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Dünya müharibəsinin başa çatması və Sloveniyanın alman faşizmindən azad edilməsinin 70 illik yubileyi münasibətilə bu ölkədə bir sıra tədbirlər keçirilib. Eyni zamanda, ölkənin azad edilməsi zamanı qəhrəmancasına həlak olmuş azərbaycanlı zabit və əsgərlərin xatirəsi yad edilib.

Mayın 9-da Sloveniyanın Şempas qəsəbəsində Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadə - Mixaylo haqqında informativ tablonun açılışı olub.

Tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Qalib İsrafilov, Şempas qəsəbəsinin meri Barbara Kante, Sloveniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Miryan Klanşçek, Nova Qoritsa şəhərini ölkə parlamentində təmsil edən Damyana Pavlitsa çıxış ediblər, informativ tablonun rəsmi açılışı olub. Sonra partizanlardan ibarət xorun ifası dinlənilib və qonaqlar əfsanəvi partizan Mixaylonun ev muzeyi ilə tanış olublar. M.Hüseynzadənin muzeyin qarşısında ucaldılmış büstü önunə Azərbaycan və Ukrayna səfirliyi, ARDNŞ və digər qurumlar tərəfindən əklillər qoyulub.

Sonra Nova Qoritsa regionuna səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Trnova qəsəbəsinə gəlib. Burada Azərbaycan səfirliyi tərəfindən inşa edilmiş və bu məzarlıqda uyuyan soydaşlarımızın adı həkk olunmuş memorial abidənin açılışı olub.

Tədbirin bədii hissəsi isə Nova Qoritsa şəhərində keçirilib. Nova Qoritsa şəhərinin meri Matey Arkon və Azərbaycanın Avstriyadakı hərbi attaşesi polkovnik-leytenant Kamil Quliyev çıxış ediblər. Sonra qonaqlara Azərbaycan klassik musiqi əsərlərindən ibarət konsert proqramı təqdim edilib və rejissor Tahir Əliyevin lentə aldığı qısametrajlı „IX batalyon“ filmi nümayiş olunub.


Müəllif:

Oxşar xəbərlər