Azərbaycanın bütün provayderləri lokal intranet şəbəkəsinə giriş əldə edəcəklər. Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən deyiblər.
Provayderlərin intranet şəbəkəsinə qoşulması üzrə işlər ilin ikinci yarısından etibarən başlayacaq.
İlkin mərhələdə iri internet tədarükçüləri lokal şəbəkəyə giriş əldə edəcəklər. Daxili şəbəkənin yaradılması üzrə texniki işlər artıq başa çatıb. İntranet şəbəkəsi lokal internet-trafikdən istifadənin optimallaşdırılması və istifadəçilərin "Elektron hökumət" (e-gov.az) portalına keyfiyyətli girişinin təmin edilməsi məqsədilə yaradılıb.
İnternet-trafikin istehlakının optimallaşdırılması provayderlərin beynəlxalq kanallarının yüklənməsini 40 faizədək azaltmağa imkan verəcək ki, bu da öz növbəsində, son istifadəçilərin lokal internet resurslarına girişini sürətləndirəcək.