Geoloq, kompüter, inşaat və yol mühəndisliyi üçün keçid balları müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, TQDK I ixtisas qrupu üzrə qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib.
Müraciətdə bildirilir ki, TQDK Təhsil Nazirliyi tərəfindən daxil olmuş təklifi nəzərə alaraq 2015/2016-cı tədris ilində aşağıdakı ixtisaslar üzrə müsabiqəyə ümumi balı müvafiq baldan aşağı olmayan abituriyentlərin buraxılması barədə qərar qəbul edib.
Həmin ixtisaslar bunlardır: geologiya-300 bal; kompüter elmləri-300 bal; elektronika, telekommunikasıya və radiotexnika mühəndisliyi-250 bal; informasiya texnologiyaları və sistemləri mühəndisliyi-250 bal; inşaat mühəndisliyi-250 bal; nəqliyyat tikintisi mühəndisliyi-250 bal.
NİGAR