13 May 2015 16:20
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə İnquşetiyanın Maqas şəhərinə səfər edəcək.

QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfər İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovun şəxsi dəvəti əsasında həyata keçirilir. Səfərdə məqsəd Maqasda keçiriləcək «Dində mötədillik – sülh, dinc qonşuluq və tərəqqiyə gedən yoldur» mövzusunda keçiriləcək Beynəlxalq İlahiyyat Konfransında iştirak etməkdir.

QMİ sədrinin himayədarlığı ilə keçiriləcək tədbirdə çox sayda müsəlman dini liderin, Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələrinin, habelə Ümumdünya müsəlman alimləri birliyinin Baş katibi Əli Əl-Karadaginin rəhbərliyi ilə nümayəndə heyətinin iştirakı nəzərdə tutulur. Konfransda ictimai əxlaq məsələlərinə dair ilahiyyat bəyannaməsinin, 3 ibrahimi din adından bəyanatın və digər yekun sənədlərin qəbulu nəzərdə tutulur.

A.Paşazadəni səfərdə Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının başçısı Milix Yevdayev və birinci müavini Müfti Salman Musayev müşayiət edəcəklər.

QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri və MDB müsəlmanları Məşvərət Şurasının sədri Şeyxülislam A.Paşazadə Maqas Beynəlxalq İlahiyyat Konfransında məruzə ilə çıxış edəcək.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər