14 May 2015 15:34
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın "Anqara" aviaşirkəti Novosibirsk və Lənkəran arasında birbaşa uçuşun açıldığını elan edib.

Bu barədə Trend aviaşirkətin yaydığı məlumata istinadən xəbər verir.

Novosibirsk-Lənkəran-Novosibirsk marşrutu üzrə yeni aviareysə biletlərin satışı başlayıb. Aviareysin reallaşdırılmasına bu il iyunun 14-də başlanacaq.

Məlumatda qeyd edilir ki, bu, şirkət üçün ilk mütəmadi beynəlxalq reys olacaq.

Yeni istiqamət üzrə uçuşlar bazar günləri həyata keçiriləcək. Marşrutda 75 sərnişin tutumlu "An-148" təyyarələrindən istifadə olunacaq. Təyyarə Novosibirskdən saat 06:45-də havaya qalxacaq, Lənkərana isə saat 11:00-da enəcək. Lənkərandan Novosibirskə uçuş vaxtı saat 12:00, Novosibirskə eniş vaxtı isə saat 17:40 olacaq. Hər bir aeroport üçün yerli vaxt göstərilib.


Müəllif:

Oxşar xəbərlər