14 May 2015 19:48
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ildən Azərbaycanın ali məktəblərində müəllimlik ixtisaslarına qiyabi təhsilalma forması üzrə tələbə qəbulu dayandırılır. Bunu Təhsil Nazirliyindən Trendin sorğusuna cavab olaraq bildiriblər.

Nazirlikdən qeyd edilib ki, yeni tədris ili üçün ali təhsil müəssisələrində bakalavriat səviyyəsinə qiyabi təhsilalma forması üzrə plan yerlərinin sayı azaldılıb.

Ümumilikdə 2015-2016-cı tədris ili üzrə ali məktəblərə ümumi plan yerlərinin sayı əvvəlki tədris ilinə nisbətən 6 faiz artıb. Orta ixtisas təhsili müəssisələrinə qiyabi təhsilalma forması və müəllimlik ixtisasları üzrə tələbə qəbulu üçün ayrılan plan yerlərinin sayı qismən azaldılıb.

2015-2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələri üzrə plan yerləri artıq Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiqlənib.


Müəllif: