“Mətbuatda heç kim gələn müraciətləri olduğu kimi çap etmir, müvafiq təşkilatlara göndərir. Hesab edirəm ki, televiziyalarda da bu belədir".
Teleqraf.com-un xəbərinə görə, bunu Milli Məclisdə çıxışı zamanı millət vəkili Aqil Abbas deyib.
"Biri-biri ilə dalaşanda gedib Elgizdən kömək istəyirlər. Bunun yerinə müvafiq hüquq orqanlarına müraciət etmək lazımdır. İnsanları başa salmaq lazımdır ki, televiziyalardan nicat tapmayacaqsınız, gedib hüquq-mühafizə orqanlarına müraciət edin”.
Nemət