25 May 2015 18:01
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Prezdent yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi (DMDT-IB) Bakı şəhəri Firuz Bayramov adına 22 saylı tam orta məktəbdə "İbtidai sinif şagirdlərinin dünyagörüşlərinin inkişafında sinifdənxaric işlərin rolunun təbliği” mövzusunda sonucu təlimini keçirib.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, təlimçi Cavid Cəfərzadə bildirib ki, bu günə qədər keçdiyimiz və öyrəndiyimiz bütün təlimlər yekunda disput şəkilində olacaq. O vurğulayıb ki, uşaqların mənəvi aləminin zənginləşməsi və həmçinin cəmiyyətdə özlərinə layiqli yer tutması bizim əsas hədəflərimizdəndir. DMDT- İctimai Birliyinin bu cür layihələri keçirməklə cəmiyyətdə maarifçilik mexanizmini işə salır, şagirdləri şəxsiyyətyönümlü bir vətəndaş kimi yetişdirir: “Biz çalışmalıyıq ki, onlar həm təlimdə, həm də tərbiyədə cəmiyətimiz üçün yararlı şəxslərə çevrilsinlər”.

Təlimçi, metodist Turanə Orucova təlim haqqında öz fikirlərini bölüşüb və qeyd edib ki, cəmiyyətin sağalmaz yarası gənclərin təlim, tərbiyə məsələsidir: “Buna görədə bu cür təlimlərin həyata keçirilməsi uşaqların mənəvi aləminin zənginləşməsinə müsbət təsir göstərir”.

Təlimdə şagirdlərə ictimai yerlərdə, parklarda, nəqliyyat vasitələrində, məktəbdə və sair yerlərdə özünüdavranış qaydaları barədə məlumat verilib. Təlim zamanı məktəbin tədris hissə müdiri Mətanət Şükürova vurğulayıb ki, şagirdlər bizim gələcəyimiz və cəmiyyətimizn ən gözəl nümunəsidir. Yekunda uşaqlara həvəsləndirici diplomlar verilib.


Müəllif:

Oxşar xəbərlər