27 May 2015 12:53
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

28 May- Respublika Günü Azərbaycanda havanın temperaturu bəzi yerlərdə 35 dərəcəyədək yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a bildiriblər ki, mayın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə əsasən səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.


Müəllif: