28 May 2015 11:54
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) Kapital Bazarı üzrə Təlim Mərkəzi iyunun 6-da kütləvi informasiya vasitələri nümayəndələri üçün “Forex bazarı” mövzusunda seminar təşkil edəcək.

Komitədən Teleqraf.com-a bildirilib ki, seminarın məqsədi KİV nümayəndələrinə maliyyə bazarları, birjaların növləri, Valyuta Birjası, bazarda iştirak motivləri, həmçinin bazar iştirakçıları və onların fəaliyyəti haqqında geniş məlumat verməkdir. “Valyuta Birjası (FX Market)”, “Marjinal ticarət”, “Alış və satış əməliyyatları”, “Analiz metodları. Fundamental və texniki təhlil” və digər mövzuları əhatə edəcək seminarın sonunda fərqlənən iştirakçılara sertifikat təqdim olunacaq.

Tədbir Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı çərçivəsində qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində həyata keçirilir.

Seminarda iştirak etmək istəyənlər qeydiyyatdan keçmək üçün iyunun 3-dək [email protected] ünvanına məlumat (adı, soyadı, təmsil etdiyi orqan, əlaqə nömrələri) göndərə bilərlər.


Müəllif:

Oxşar xəbərlər